Xəbər lenti

Deputat:
Ölkə 12:18 28.06.2024

Deputat: "Kəbənin ətrafına çadır çəkilsin, İƏT-də bu təşəbbüslə çıxış edək"

"İslam Əməkdaşlıq Təşkilatında biz zəvvarların ziyarət etdiyi yerlərdə, o cümlədən Kəbənin ətrafında gündən qorunmaq üçün çadır çəkilməsi ilə bağlı məsələ qaldıraq".
    
Qaynarinfo xəbər verir ki, deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. Deputat qeyd edib ki hər il Azərbaycandan 1500-ə qədər insan həcc ziyarətinə gedir:

"Bu il çox təəssüf ki, həcc ziyarəti zamanı istilərə görə 1300-dən artıq insan həyatını itirib. Ora gedənlər əsasən yaşlı insanlardırlar. Onların bir çoxunun sağlamlıqları kövrək olur. Səudiyyə Ərəbistanına hər il həcc və ümrə ziyarətinə 7 milyona qədər insan gedir. Səudiyyə Ərəbistanı onsuz da kasıb ölkə deyil və oradan da böyük pullar qazanılır. Ona görə də hesab edirəm ki, İslam Əməkdaşlıq Təşkilatında biz zəvvarların ziyarət etdiyi yerlərdə, o cümlədən Kəbənin ətrafında gündən qorunmaq üçün çadır çəkilməsi ilə bağlı məsələ qaldıraq. Hər il gün vurur, mətbuatda diqqət yetirdim ki, Kəbənin örtüyünün dəyişdirlməsinə 700 kiloqram ipəkdən, 120 kiloqram qızıl və gümüşdən istifadə olunur. Bu da təqribən 6 milyon dollara başa gəlir. Ona görə ki, gün hər il onu zədələyir. Yəni Kəbənin ətrafında insanlar fırlanır, o ətrafı gündən qorumaq olar, zəvvarların getdiyi yolları, ərəfat dağını, şeytanın daşlanması mərasiminin keçirildiyi yeri, yəni o ərazilərdə gündən qorunmaq üçün xüsusi çadırlar çəkilə bilər. Ona görə də Azərbaycan belə bir təşəbbüslə çıxış etsə yaxşı olar. Səudiyyə Ərəbistanı bu işi üzərinə götürməsə, hesab edirəm ki, biz, yeni bir fondun yaradılması ilə bağlı təşəbbüslə çıxış edə bilərik ki, bütün islam dövlətləri bu fonda pul köçürsünlər və bu iş həll olunsun. Fikrimcə, inkişaf etmiş xristian ölkələrində belə bir ziyarət yeri olsaydı, onlar yəqin ki, bunu etmiş olardılar".

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->