"Dəfn üzrə müavinətin alınması ilə bağlı problemlər var".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib:
"Vətəndaş müraciət edib ki, yoldaşım 17 ildir şəkər xəstəsidir. Vəfat edəndən sonra ona dəfn müavinəti verilmədi. Bildirildi ki, o heç bir yerdə işləməyib. Onun sosialında pul yoxdur".
Fazil Mustafa qeyd edib ki, bu yanaşma düzgün deyil:
"İstənilən Azərbaycan vətəndaşı işləyib-işləməməsindən asılı olmayaraq, bu müavinəti almalıdır. Əmək pensiyası alanlar üçün bu məbləğ 500 manatdır. Bütün vətəndaşlara 300 manat da olsa, 500 manat da olsa, dəfn müavinəti verilməlidir".
Qafqaz Rafiqoğlu
Şərhlər