Beynəlxalq alimlər qrupu eramızın 79-cu ildə Vezuvi vulkanının püskürməsi nəticəsində dağılan Roma şəhərləri - Pompey və Herkulaneumun sağ qalan sakinləri ilə bağlı araşdırmanın nəticələrini ümumiləşdirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Conversation" elmi nəşri məlumat yayıb.
Mayami Universitetindən olan amerikalı arxeoloq Stiven Takın sözlərinə görə, çoxdan belə hesab olunurdu ki, dəhşətli fəlakət Pompey və Herkulaneumun demək olar bütün əhalisini öldürüb, insanları kül və dağıntı təbəqəsi altında basdırıb. Bununla belə, son kəşflər göstərib ki, kifayət qədər romalı fəlakətdən sağ çıxa biliblər.
Tarixi mənbələrə görə, Pompeydə 30 minə yaxın, Herkulaneumda isə 5 minə yaxın əhali yaşayırdı. Hər iki şəhər ticarət və inkişaf etmiş istehsal sayəsində çiçəklənirdi.
Stiven Tak qeyd edib ki, Vezuvi püskürməsindən sağ qalanların axtarışı səkkiz il çəkib və Vezuvi yaxınlığındakı 12 şəhərdə 200-dən çox insanın məskunlaşdığını aşkar edib.
Qaçqınların bir qismi yeni həyata başlamağa müvəffəq olub. Məsələn, Kaltili ailəsi Pompeyin şimalındakı böyük liman olan Ostiaya köçüb. Orada köçkünlər əkinçiliyin himayədarı olan Misir tanrısı Serapisin başında səbət taxılla təsvir edilmiş bir məbəd qurublar. Kaliti ailəsinin üzvü Pompeydən olan başqa bir qaçqın ailəsinin üzvləri Munatius ilə evləniblər.
Lakin digər Vezuvi fəlakətindən sağ çıxanlar çətin günlər yaşayıb. Beləliklə, Pompey sakini Fabia Sekundina Puteola şəhərinə çatıb və orada qladiator Retiarius Dolçanın həyat yoldaşı olub. Lakin əri 25 yaşında dünyasını dəyişərək qadını çətin maddi vəziyyətə salıb.
Pompeydən olan digər üç ailə yoxsul Nukeria icmasına köçüb və burada təvazökar bir həyat sürqb. Ailələrdən biri - Masuri Avianius Felisio adlı yetim uşağı övladlığa götürüb.
Tədqiqatçıların fikrincə, çətin şəraitə baxmayaraq, əksər miqrantlar bir-birinin qayğısına qalıb, bir-birlərinə dəstək olub, yeni evlərində məbədlərə və vətəndaş institutlarına ianə veriblər.
Pompey və Herkulaneumdan olan qaçqınları qəbul edən şəhərlərin əhalisi yeni qonşularını xoş qarşılayıb və onlara qarşı ayrı-seçkilik etməyib.
Tədqiqatçılar əlavə ediblər ki, Roma İmperiyasından bu tarixi nümunə müasir dövr üçün müsbət model ola bilər.
Aydın
Şərhlər