Xəbər lenti

Daha bir şahmatçımız qrossmeyster tituluna sahib oldu
İdman 13:54 01.11.2022

Daha bir şahmatçımız qrossmeyster tituluna sahib oldu

Azərbaycanın daha bir şahmatçısı qrossmeyster normasını yerinə yetirib.
 
Şahmat Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə İtaliyada gənclərin dünya çempionatında qızıl medal qazanan Abdulla Qədimbəyli artıq 9-cu turda 3-cü qrossmeyster normasını yerinə yetirib. Bununla o, Azərbaycan şahmat tarixində 29-cu qrossmeyster olub.
 
Qaydalara əsasən 20 yaşlıların dünya çempionatında qalib olan şahmatçı eyni zamanda beynəlxalq qrossmeyster tituluna sahib çıxır.

Beynəlxalq Şahmat Federasiyasının yaxın aylarda bu barədə təsdiq məktubu ünvanlayacağı gözlənilir.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->