Bu gün ölüm xəbəri yayılan, lakin Türkiyədə müalicədə olan bəstəkar Cavanşir Quliyev bir neçə ildir nadir xəstəliklərin birindən müalicə alır. Son zamanlar aparılan müalicə və steroid dərmanların təsirindən üzü və bədəni şişən bəstəkar müsahibələrində nadir autoimmun xəstəlikdən əziyyət çəkdiyini bildirmişdi.
"Medicina” xəbər verir ki, Cavanşir Quliyev dəqiq diaqnozunun adını heç vaxt açıqlamayıb.
"Mənim bir xəstəliyim var: ağır və üzdə görünən xəstəlik deyil, amma onu boş buraxsan, adamı öldürər.
Autoimmun xəstəliklərdəndir. Beş milyon adamdan birində aşkarlanır. Azərbaycanda iki nəfərdə var.
Belə xəstələrdə bədəndəki maye qabarcıqlar şəklində müxtəlif yerlərdən çıxır. Müalicə ilə xəstəliyi nəzarətdə saxlamaq mümkündür. Bunun üçün bir dərman var, ömürboyu qəbul etmək lazımdır. Çox güclü dərmandır, əks-təsirləri də olur”.
Autoimmun xəstəliklər immun sistemin funksiyasının pozulması və öz-özünə düşmən kəsilməsidir. Bu zaman hansısa orqanda, toxumada hüceyrələr özü-özünə hücum edib, həmin orqanı məhv etməyə başlayır. Yəni immun sistemin özünü tanıma proqramı pozulur.
Sistem xəstəliklər başlayır, çünki zamanla digər orqan və toxumaların da zədələnməsi baş verir.
Hansı xəstəliklər autoimmun hesab edilir.
- Revmatoid artrit
- Sklerodermiya
- Sistem qırmızı qurd eşənəyi
- Vaskulitlər
- Şeqren sindromu
- Sarkoidoz
Və bir neçə nadir rast gəlinən xəstəliklər.
Autoimmun xəstəliklərin dəqiq səbəbi məlum deyil. İrsi olaraq keçə bilir, iltihabi xəstəliklər, viruslar, stress və immunitetin özəlliyindən qaynaqlana bilir.
Məsələn, çox insanlarda müharibədən, eləcə də pandemiya və COVİD-19-dan sonra baş qaldırıb. 100% müalicəsi yoxdur.
Görünür xəstəlik Cavanşir Quliyevdə əsas orqanları zədələyib və onun ürəyi, böyrəyi, beyni əməliyyat oluna bilər.
Autoimmun xəstəliklərin cərrahi müalicəsi yoxdur.
Şərhlər