Xəbər lenti

Bütün zamanların ən yaxşı qrossmeysterindən Rusiyaya qarşı çağırış
Dünya 14:50 20.09.2024

Bütün zamanların ən yaxşı qrossmeysterindən Rusiyaya qarşı çağırış

Bir gün əvvəl bütün zamanların ən yaxşı qrossmeysteri kimi tanınan Maqnus Karlsen Rusiya Şahmat Federasiyası üzərindən sanksiyaların götürülməsinə qarşı çıxıb.

Qaynarinfo xəbər verir ki, o, bu barədə FIDE 100 mükafatlandırma mərasimində çıxışı zamanı bildirib.

Karlsen deyib ki, şahmat üzrə keçmiş dünya çempionu və bu gün Putinin tənqidçisi olan Qarri Kasparov Karlsenin yerində olsaydı, sanksiyaların ləğvinə qarşı çıxış etmək fürsətindən istifadə edərdi, ona görə də Karlsen də "eyni şeyi edir”.

Xatırladaq ki, Rusiya Şahmat Federasiyası 2022-ci ilin martında Ukraynanın işğal olunmuş ərazilərində işləməyə görə sanksiyalara məruz qalıb, lakin 14 sentyabr 2024-cü ildə kənarlaşdırma 14 min avro cərimə ilə əvəz edilib.

Ukraynada müharibə başlayandan sonra Rusiya şahmat ictimaiyyəti iki yerə parçalanıb. Müharibə əleyhinə müraciətə otuz qrossmeyster də daxil olmaqla 44 şahmatçı imza atıb. Eyni zamanda, Sergey Karyakin (bu yaxınlarda Rusiya Federasiya Şurasında Krımın təmsilçisi təyin edilib) həmkarlarına qarşı donoslar yazıb, Ukraynanın işğal olunmuş ərazilərində şahmat oyunları keçirib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->