Xəbər lenti

“Bu ifama görə AzTV-dən töhmət almışdım”
Sənət 21:01 15.04.2023

“Bu ifama görə AzTV-dən töhmət almışdım”

"Avropa çempionatının açılışında gücünün yalnız bayrağa çatdığını nümayiş etdirən zavallı, şərəfsizə həsr olunur”. 

Qaynarinfo ki, bu sözləri instaqramda Xalq artisti Brilliant Dadaşova qeyd edib.

Sənətçi İrəvanda bayrağımızın yandırılmasına belə reaksiya verib:

"Bu mahnını 1988-ci ildə ifa etmişəm. Çəkiliş 1990-cı ilindir. Bundan əvvəlki çəkilişləri ləğv edib silmişdilər. Bu mahnını oxuduğum üçün AzTV-dən töhmət almışdım. Musiqisi Gülərə, sözləri Dəmir Gədəbəyliyə məxsusdur. Videonun üzərində yazılan sözlər isə mənim şeirimdən bir parçadır”.

Dadaşovanın şeirində isə bu sözlər yazılıb:

"Ay dilsiz-ağızsız bayrağa güc gələn eşşək. Özgə atına minən tez düşər. Bil ki, budur tək gerçək”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->