"Əgər qurultay iştirakçıları namizədliyimi irəli sürsələr, o zaman sədrlik uğrunda mübarizə aparacağam".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Rasim Balayev Azərbaycan Kinemotoqrafçılar İttifaqının bu gün keçirilən qurultayından danışarkən deyib.
Aktyor hazırda qurultaya getdiyini vurğulayıb:
"Yoldayam, tədbirə gedirəm, danışa bilmirəm. Özüm də bilmirəm bu günkü tədbir necə olacaq. Əgər etimad edərlərsə daha yaxşı".
Qeyd edək ki, Xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi Azərbaycan Kinemotoqrafçılar İttifaqı ilə Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqı birləşib. Birləşən ittifaqlara bu gün yeni sədr seçiləcək.
Bahar Rüstəmli
Şərhlər