Xəbər lenti

Bolqarıstandan Türkiyəyə qaçaq aparılan 125 kq qızıl müsadirə edildi
Dünya 21:58 14.09.2024

Bolqarıstandan Türkiyəyə qaçaq aparılan 125 kq qızıl müsadirə edildi

Bolqarıstan hüquq-mühafizə orqanları ölkənin Kapitan Andreevo keçid məntəqəsindən qaçaqmalçılıq yolu ilə keçirilən 124,708 kq qızıl əşyaları müsadirə edib.
 
Dəyəri 6 milyon ABŞ dolları olan qızıl ilə bağlı açıqlama verən Bolqarıstanın Milli Gömrük Agentliyi (NCA) cümə günü verdiyi açıqlamada bildirib ki, "bu, Bolqarıstan sərhədlərində ələ keçirilən ən böyük qızıl kütləsidir”. Bu xəbəri Hindistanın "deshsewak.org” saytı (Bulgaria seizes nearly 125 kg of smuggled gold) yayıb. 

Qızıl əşyalar çərşənbə günü saat 19:30-da nəzarət-buraxılış məntəqəsinə gələn Bolqarıstan qeydiyyatlı avtomobildə tapılıb. Maşın Bolqarıstandan Türkiyəyə keçirmiş. 

NCA-nın məlumatına görə, sürücü və onun yoldaşı, biri Bolqarıstan vətəndaşı, digəri isə ikili Bolqarıstan və Türkiyə vətəndaşlığı olan kəs maşında hər hansı dəyərli bir şeyin olmadığını bildirib. Lakin 13 saatdan çox davam edən hərtərəfli yoxlama zamanı avtomobilin müxtəlif yerlərində gizlədilmiş qızıl külçələr, zinət əşyaları və sikkələr aşkar edilib.

Elbəyi Həsənli, Sürix 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->