BepiColombo zondu Merkuri planetinin fotosunu çəkib. Kadrda planetin mənzərəsinin gözəlliyi təsvir edilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyinin mətbuat xidməti məlumat
yayıb.
"23 iyun 2022-ci ildə kosmik gəmi cazibə manevri üçün planetin yanından uçarkən ESA/JAXA BepiColombo missiyası Merkurinin geoloji mənzərəsinin bu möhtəşəm görünüşünü çəkib”, - mətbuat xidməti yazır.
Şəkil Bakı vaxtı ilə saat 13:49-da Mercury Transfer Module's Monitoring Camera 2 ilə çəkilib. Məhz o zaman zond planetin səthindən təxminən 920 km uzaqda olub.
Nizami Bağırov
Şərhlər