Xəbər lenti

Belarusla oyundan imtina etdilər, cərimə olundular
Dünya 19:07 21.05.2024

Belarusla oyundan imtina etdilər, cərimə olundular

Litva Futbol Federasiyası (LFF) qadınlardan ibarət yığmanın Belarusa qarşı 2025-ci il Avropa çempionatının seçmə mərhələsinin oyunları keçirməyə icazə vermədiyinə görə 5 min avro məbləğində cərimələnib.

Qaynarinfo xəbər verir ki, bu barədə LFF-in mətbuat xidməti məlumat yayıb

Bundan başqa, Litva yığması hər iki görüşdə texniki məğlubiyyət alacaq.

"Nəhayət, bu məsələ rəsmi şəkildə həll olundu və indi biz irəliyə baxa bilərik. Biz gözlədiyimiz sanksiyaları aldıq və ən əsası, Avropa çempionatına vəsiqə qazanmaq üçün komandamızın yolu bağlanmadı. Qarşıda iki matç qalıb və qalib gəlsək, qrupda ikinci yer və növbəti mərhələyə yüksəlmək şansı haqqında düşünə bilərik. Burada əsas şey sanksiyalar və pul cərimələri deyil, federasiyanın müharibə və təcavüzkarlarla bağlı mövqeyini bir daha xatırlatması vacib idi”, deyə LFF prezidenti Edqaras Stankeviçius bildirib.

Qeyd edək ki, belaruslara qarşı oyunlar mayın 31-də və iyunun 4-də keçirilməli idi, lakin bu görüşlər rəsmən ləğv edilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->