Xüsusilə banana təsir edən və böyük zərər verən göbələk növü Cənubi Amerika qitəsinə qədər çatıb. Bu qitə isə dünyada bananın mərkəzi kimi tanınır.
Qaynarinfo xəbər verir ki, dünyanın dörd bir tərəfində istehlak edilən bananın ən böyük düşməni olan bu göbələk növü bu günə qədər Asiya, Afrika və Avstraliyada banan yetişdirilən bölgələrə yayılmışdı. İndi isə Cənubi Afrika bu göbələkdən əziyyət çəkir.
Kolumbiya artıq göbələklə bağlı həyəcan təbili çalıb. BMT-nin verdiyi açıqlamaya görə, insanlara mənfi təsiri olmayan bu göbələk bananın sonunu gətirə bilər. Hazırda göbələyin aşkar olunduğu 175 hektarlıq ərazi karantinə alınıb və məhv edilib.
Nərmin Həsənli
Şərhlər