Xəbər lenti

Bakı bulvarının uzadılması planlaşdırılır
Ölkə 13:16 30.09.2023

Bakı bulvarının uzadılması planlaşdırılır

İqlim dəyişmələri proseslərinə adaptasiyanın əsas komponentlərindən biri yaşıllıq sahələri ilə bağlıdır. Şəhərdə yaşıllıqların və açıq sahələrin artırılması Bakı şəhərinin Baş Planının layihəsinin prioritet məqsədlərindən biridir.

Qaynarinfo xəbər verir ki, bunu ekologiya və təbii Sərvətlər naziri Muxtar Babayev Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

Nazir Bakı şəhərinin yaşıllıqlarının xeyli artırılacağını deyib:

"Həmçinin Bakı bulvarının uzadılması planlaşdırılır, onun uzunluğu 2040-cı ilə qədər, yüksək keyfiyyətli ictimai yaşıllaşdırma ilə 25 kilometrdən çox olacaq".

Qeyd edək ki, "Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda II Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA2) ikinci günü paytaxt Bakıda keçirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->