Xəbər lenti

Azərbaycanda toyda bədbəxt hadisə: Qadın şadlıq sarayında öldü
Ölkə 22:10 12.10.2024

Azərbaycanda toyda bədbəxt hadisə: Qadın şadlıq sarayında öldü

Sumqayıtda 58 yaşlı qadın toyda ölüb.

"Report”un yerli bürosu məlumat verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

Toy mərasimində iştirak edən 1966-cı il təvəllüdlü Nargilə Gülməmməd qızı Şabanovanın halı pisləşib. O, elə restoranda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->