Tanınmış tənqidçi Mehman Qaraxanoğlu Azərbaycan Yazıçılar Birliyinə üzvlükdən imtina edib.
Qaynarinfo xəbər verir ki, bu barədə tənqidçi öz "Facebook" səhifəsində yazıb.
"Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında rəzilliklər, ləçərliklər, simasızlıqlar, avtoritar oyunbazlıqlar, planlaşdırılmış maskaradlar, ədəbi diktatura yaratmaq çabaları, demokratik fikirli istedadlara qarşı gizli sövdələşmələr proletar təfəkkürünə amansız qayıdışı və milli-tarixi yaddaşın qəddarlıqla qapadılmasını səciyyələndirən əsas cəhədlər idi.
Yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir...
Bütün bunlara etiraz olaraq qurumun üzvlüyündən imtina edirəm”, - deyə Qaraxanoğlu qeyd edib.
Şərhlər