Xəbər lenti

AY Partiya İran səfirliyi qarşısında aksiya keçirəcək
Ölkə 19:55 27.01.2023

AY Partiya İran səfirliyi qarşısında aksiya keçirəcək

Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) Başqanlıq Heyəti Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ilə əlaqədar təcili toplantı keçirib. 

Qaynarinfo xəbər verir ki, partiyanın başqanı Anar Əsədlinin sədrliyi ilə keçirilən toplantıda terror hadisəsi ilə bağlı müzakirə aparılıb, olay kəskin şəkildə pislənilib. Qərara alınıb ki, terror aktına etiraz əlaməti olaraq, yanvarın 28-də, saat 13:00-da İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirilsin. Piketdə "Terrora son!”, "Terroru lənətləyirik!”, "Terrorun sifarişçiləri tapılsın və cəzalandırılsın!” və digər şüarlar səsləndiriləcək.

 Aksiyada iştirak sərbəstdir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->