Xəbər lenti

Amerika jurnalisti Karlsona müsahibəni Putin yox, onun dublyoru verib - Ekspert təhlil edir
Dünya 17:48 17.02.2024

Amerika jurnalisti Karlsona müsahibəni Putin yox, onun dublyoru verib - Ekspert təhlil edir

Tarixçi və politoloq Valeri Solovey əmindir ki, Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibənin təşəbbüskarı Rusiya tərəfidir. 

Qaynarinfo bu barədə Unian-a istinadla xəbər verir.

Eyni zamanda, Karlson bunun üçün "şərəf, ləyaqət və jurnalist etikasını unutmaq" müqabilində kifayət qədər böyük bir qonorar alıb. "İstənilən standartlara görə, onlar böyük məbləğdə qonorar ödəyiblər...” deyə analitik bildirib.

O, müsahibənin iki dəfə qeydə alındığını da hesab edir. Ekspertin sözlərinə görə, müsahibəni birinci çəkilişdə Putinin dublyoru verib. O, Karlsona xas olan daha sərbəst şəkildə qeydə alınıb. Ancaq müsahib bir neçə dəfə söhbəti "qarışdırıb" - aydın idi ki, bu, Rusiya Federasiyasının prezidenti deyil və Karlsonun özü də bunu dərhal başa düşüb. Sonra bu müsahibənin kuratorları bunun uyğun olmadığına qərar verib, çünki Putinin dublyorları ilə bağlı "Pulçinella sirri" dərhal Kremli bütün dünyada rüsvay edərdi. 

Qaynarinfo-nun qeydi: "Polişinel sirri” - (fransızca: "Le secret de Polichinelle”) hamının artıq bildiyi sirri, xəyali sirri, "bütün dünya üçün sirri” bildirən frazeoloji ifadədir. İfadə Dell'arte komediyasının komik personajının adından gəlir – Polişinel (Fransızca Polichinelle, İtalyanca Pulcinella). Xarakter, sirr adı altında hər kəsə məlum olan şeyləri bildirən axmaq bir qulluqçu, zorakı, zarafatcıl və danışqandır. 16-cı əsrin sonlarında yarmarka teatrının səhnəsində üzə çıxıb. 17-ci əsrdə o, Molyer tərəfindən "Xəyali əlil" komediyasında təqdim edilib. "Polşinel sirri” ifadəsi sir olmayan bir sirr deməkdir, hamı sadəcə olaraq onun sirr olduğunu iddia edir və bunu ancaq ən axmaq adam bilmir. Ümumi süjetlərdən biri belə idi: Polişinelin arvadı Kolumbin onu Harlekinlə aldadır. Bütün personajlar bu sirri bilir, amma bu barədə danışmır, çünki hər kəs artıq hər şeyi bilir. Yalnız təkcə Polişinelin xəyanətdən xəbəri yoxdur, çünki heç kimdən soruşmağı düşünmür.
 
"Beləliklə, müsahibə ikinci dəfə daha təmkinli, darıxdırıcı şəkildə qeydə alınıb", deyə Solovey bildirib.
 
O vurğulayıb ki, onun fərziyyəsi Karlsonun Putinlə əlaqə saxlamadığına əmin olub-olmaması sualına verdiyi reaksiya ilə təsdiqlənib. Analitikin qeyd etdiyi kimi, manipulyator dublyoru ilə danışdığını bildiyi üçün hər hansı şərh verməkdən imtina edib.

"Bu, Kremlin hibrid müharibəsinin bir hissəsi kimi həyata keçirdiyi xüsusi əməliyyatdır, lakin bildiyimə görə, Qərb isteblişmenti arasında istənilən effekti verməyib”, deyə Solovey əlavə edib.

O izah edib ki, Kreml qurumu bu müsahibə üçün əsas auditoriya kimi isteblişmenti nəzərdə tutub. Həmin auditoriya ki, nəticədə "onlara nə göndərildiyini” əslində o qədər də başa düşməyib. Üstəlik, o isteblişment kəskin rədd mövqeyini ifadə edib və Moskvaya heç bir halda "kömək əlini” uzatmağa hazır olmadığını açıqlayıb. Ona görə də Kreml bu müsahibənin təsirini çoxsaylı baxış faktına baxmayaraq mənfi qiymətləndirir. Təhlilçinin fikrincə, Karlsonun Putinlə bütün ünsiyyəti boyu ən böyük payı tutan yarım saatlıq tarixi mühazirə adi Qərb auditoriyası üçün tamamilə anlaşılmazdır. Üstəlik, müsahibin II Dünya müharibəsi, xüsusən də Polşanın 1939-cu ildə Almaniyanı hücuma "özünün təhrik etməsi” ilə bağlı tamamilə qəbuledilməz "yanaşma”sı gözlənilən effekti pozub.

"PR nöqteyi-nəzərindən müsahibəni bu cür qurmaq olmazdı. Amma onun təşkilatçılarının seçimi olmayıb, dublyor da o qədər yaxşı düşünə bilməz, sadəcə verilənləri əzbərləyə bilər. Dublyorun tarixi ekskursiyanı əzbərlədiyi aydın idi və bunu tam göstərməli idi, əks halda hər şeyi qarışdırardı. Çalışqan, lakin axmaq tələbələrdə bu cür olur - onlar nəyisə əzbərləyirlər, amma bir sual versən, hər şey kəllə-mayallaq olur... Yevgeni Vasilyeviçlə də belə oldu - bu Prezident rolunu səylə, lakin heç də həmişə müvəffəqiyyətlə yerinə yetirməyən Putinin dublyorunun adıdır", deyə Solovey bildirib.

Xatırladaq ki, fevralın əvvəlində Amerikanın "Fox News" telekanalının keçmiş aparıcısı Taker Karlson Vladimir Putindən müsahibə götürmək üçün Moskvaya gəlib. Daha sonra jurnalist buna görə ABŞ-da sərt tənqidlərə məruz qalıb. Karlson Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra Putinlə danışan ilk Qərb jurnalisti olub.

Siyasi strateq Boris Tizenhauzen deyir ki, müsahibə amerikalıların keçmiş lideri və ABŞ prezidentliyinə namizəd respublikaçı Donald Tramp tərəfindən sanksiyalaşdırıla bilərdi. Ekspertin fikrincə, Karlson peşəkar manipulyatordur və Putinə "doğru suallar verməklə” ABŞ-ın hazırkı prezidenti Co Baydeni "öz geosiyasi maraqları və iddiaları” olan Rusiya ilə razılığa gəlmək qabiliyyətində olmadığını ifşa edə bilər. Xüsusilə, Ukrayna ərazisinin bir hissəsi ilə bağlı.

Rusiya mətbuatı Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi olan Dmitri Peskovun şərhlərini dərc edib. Peskov bildirib ki, Karlson müsahibə üçün sualları əvvəlcədən razılaşdırmayıb. O, iddia edir ki, Qərb indi Putinlə bu müsahibəni çox diqqətlə incələyəcək və təhlil edəcək. Bununla belə, Karlsonun bu nəşrindən sonra Rusiya Federasiyasının prezidenti ilə diplomatik kanallar vasitəsilə əlaqə yaratmaq cəhdləri olmayıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->