ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan "Vaqner”in rəhbəri Yevgeni Priqojinin üsyanından sonra Rusiya Federasiyası prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovla telefon danışığı olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” öz mənbələrinə istinadən
yazıb.
Nəşrin müəlliflərinin sözlərinə görə, onların telefon dialoqu Priqojinin uğursuz üsyanından dərhal sonra baş tutub.
"Sullivan Uşakovla telefonda danışdı. ABŞ prezidentinin müşaviri rusiyalı həmkarına Amerikanın bu üsyanla heç bir əlaqəsinin olmadığını açıqlayıb”, - nəşr qeyd edir.
Söhbətin məqsədlərindən birinin Amerikanı insidentdən uzaq tutmaq və münaqişənin daha da gərginləşməsinin qarşısını almaq olduğu bildirlir.
Alpər
Şərhlər