Xəbər lenti

71 yaşlı bəstəkar: “Doğum gününü vətəndə keçirməyin bir ayrı duyğusu var”
Sənət 11:46 22.11.2022

71 yaşlı bəstəkar: “Doğum gününü vətəndə keçirməyin bir ayrı duyğusu var”

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ad günüdür. 

71 yaşlı bəstəkar Qaynarinfo-ya bildirib ki, doğum gününü vətəndə keçirməyin bir ayrı duyğusu var.

"Bütün sevdiklərim, dost-tanışlarım, iş birliyində olduğum insanlar burda - Azərbaycandadır. Biri var uzaqdan təbrik, biri də yaxından, hətta üz-üzə, bunlar ayrı-ayrı şeylərdir, yaşayan bilər. Mən də vətəndən ayrı yaşayanlardan biri olmuşam. Vətəndə özümü yaxşı hiss edirəm. Bir müddət Azərbaycanda olmadım, həmin vaxtlar özümü çox pis hiss edirdim”, deyə bəstəkar bildirib.

Cavanşir Quliyev "Yenə Azərbaycanı tərk etmək, burada yaşamamaq fikiriniz varmı" sualına cavabı belə olub:

"Həyatdır, bilmək olmaz. Elə hadisələr ola bilər ki... Ona görə qəti qərar vermək çətindir”, 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->