Xəbər lenti

2000 əvvəl püskürən Vezuvi vulkanı Pompeyi necə məhv edib? - Yeni fakatlar
Dünya 13:48 20.07.2024

2000 əvvəl püskürən Vezuvi vulkanı Pompeyi necə məhv edib? - Yeni fakatlar

Romadakı Milli Geofizika və Vulkanologiya İnstitutunun italyan alimləri təxminən 2000 il əvvəl qədim Roma şəhərləri olan Pompey və Herkulaneumu əhalisini məhv edən Vezuvi vulkanının püskürməsi ilə bağlı yeni təfərrüatları açıqlayıblar. 

Qaynarinfo xəbər verir ki, tədqiqat "Frontiers in Earth Science" (FES) elmi jurnalında dərc olunub.

Bir çox Pompey sakini ilk 18 saat ərzində boğularaq kül və pemza altında qalıb. Bəziləri isə sonradan şəhəri bürüyən piroklastik dalğaların qurbanı olub.

Bu yaxınlarda aşkar edilmiş iki skeletin tədqiqi göstərib ki, daha bir dağıdıcı amil - güclü zəlzələ divarları sığınacaq axtaran insanların üzərinə uçurub.

Qazıntılar zamanı arxeoloqlar ölən zaman hər ikisinin təxminən 50 yaşında olan iki kişinin qalıqlarını tapıb. Pompeylilər həyatla uyğun gəlməyən xəsarətlər alıblar - kəllə, çanaq, onurğa və ətrafların sınıqları.

Tədqiqatçılar belə qənaətə gəliblər ki, aşkar edilmiş şəhər sakinləri vulkanik kül yağışından sağ çıxa biliblər, lakin yıxılan divarların qurbanı olublar.

Elmi işin müəllifləri əlavə ediblər ki, yeni kəşf qədim zamanlarda baş vermiş fəlakətin ümumi mənzərəsini tamamlayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->