Ukrayna prezidenti Vladimir Zelenski etiraf edib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı ləng gedir, lakin Ukrayna qoşunları irəliləyir. O, rus işğalçılarına fasilə verməməyin vacib olduğuna diqqət çəkib.
Qaynarinfo bu barədə Unian-a istinadla
xəbər verir.
"Bu, çətin vəziyyətdir. Mən sizinlə tam səmimi olacağam. Təşəbbüs bizimdir. Bu, müsbət haldır. Biz Rusiyanın hücumunu dayandırdıq və əks-hücuma başladıq. Və buna baxmayaraq, hücum o qədər də sürətli deyil. Vacib olan odur ki, biz hər gün irəliləyək və ərazilərimizi azad edək. Biz ərazimizi mümkün qədər azad edib irəli getməliyik, hətta yarım mil, yüz yarddan az olsa belə, bunu etməliyik. Putinə fasilə verməməliyik”, - Zelenski CBS-də Skott Pellinin 60 dəqiqə verilişində https://www.cbsnews.com/news/zelenskyy-putin-world-war-iii-ukraine-russia-60-minutes/ deyib.
Eyni zamanda o, əmin edib ki, Ukrayna hərbçiləri Qərb silahlarından yalnız Ukrayna ərazisində istifadə edir.
"Bilirsiniz ki, biz partnyorlarımızın silahlarından yalnız Ukrayna ərazisində istifadə edirik. Bu doğrudur, lakin bunlar cəza missiyaları deyil, məsələn, mülki insanları öldürmürlər. Rusiya bilməlidir ki, harada olur-olsun, haradan Ukraynaya raket atmaq üçün istifadə edir-etsin, Ukraynanın bu yerlərə hücum etmək üçün hər cür mənəvi haqqı var. Biz onlara cavab veririk: "Səmalarınız düşündüyünüz qədər qorunmur”, - deyə Ukrayna prezidenti qeyd edib.
Onun sözlərinə görə, Putin ukraynalıları sındırmağa çalışır, ona görə də Rusiya ordusu qeyri-hərbi hədəfləri vurur və dinc sakinləri qətlə yetirir:
"Bizi sındırmaq istəyir. Özü də mülki hədəfləri seçərək, Putin məhz buna - bizi sındırmağa nail olmaq istəyirdi. Bu cür qanlı hərəkətləri ilə özünə yol açan bu adama, onun bütün dediklərinə etibar etmək olmaz. Belə adama etibar yoxdur, çünki o, artıq çoxdandı insan deyil”.
Qeyd edək ki, müşahidəçilər Ukrayna ordusunun Zaporojye vilayətində Rusiya müdafiəsində yaratdığı yarığın tədricən genişlənməsini qeyd ediblər. Rusiya komandanlığı müvəqqəti işğal olunmuş Donbas ərazisindən cənuba döyüşə ən hazır birləşmələri köçürür.
Öz növbəsində Britaniya kəşfiyyatı bildirib ki, ruslar Ukrayna ordusundan qorxduqları üçün Tokmak ətrafında müdafiə mövqelərini gücləndirməyə çalışırlar.
Bundan əlavə, ABŞ Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun "uğursuz olmadığını”, qismən uğurların olduğunu və "Ukraynanın böyük döyüş gücünə malik olduğunu” bildirib.
Alpər
Şərhlər