Hindistanda polis "zaman maşını" ilə gəncliyi bərpa edəcəyini vəd edərək, onlarla insanı aldadan cütlüyü axtarır.
Qaynarinfo bu barədə "Oddity Central"a
istinadən xəbər verir.
Hindistan polisi 4,1 milyon dollar məbləğində dələduzluqda ittiham olunan Rajeev və Rashmi Dubeyi axtarışa verib. Müstəntiqlərin fikrincə, cütlük "İsrail zaman maşını" və oksigen terapiyasının köməyi ilə qocalmağı dayandıra və hətta gəncliyi bərpa edə biləcəklərini iddia etdikləri bir terapevtik mərkəz işlədib.
Fırıldaqçılar yaşlı insanları havanın çirklənməsi səbəbindən tez qocaldıqlarını iddia edərək, onlara pullu xidmət paketləri təklif edərək aldadıblar. Əlavə stimul olaraq, klinikaya yeni xəstələr gətirən müştərilərə pulsuz paketlər təklif ediblər.
Zərərçəkənlərin dediyinə görə, cütlük insanlara görünən nəticələr və hətta bir neçə ay ərzində zədələnmiş daxili orqanların bərpasını vəd ediblər ki, bu, onların fikrincə, xaricdən gələn möcüzəli texnologiya sayəsində mümkün olub.
Hazırda məmurlar cütlüyü axtarırlar. Lakin polisin fikrincə, Rajeev və Raşmi artıq Hindistanı tərk edə biliblər.
Aydın
Şərhlər