Şimali Makedoniyanın dövlət və siyasi rəhbərliyinin "ölkə daxilində ictimai çıxışlarda ölkənin konstitusiya adından” istifadə etməmək qərarı Prespa Sazişinin "kobud şəkildə pozulması”dır.
Qaynarinfo xəbər verir ki, bunu Yunanıstanın xarici işlər naziri Georgios Gerapetritis
bildirib.
Onun şərhləri Şimali Makedoniyanın yeni Baş naziri Xristian Mitskoskinin ölkənin konstitusiya adına "Şimal” sözünün daxil edilməsini "rüsvayçılıq” adlandırmasından bir gün sonra gəlib.
"Beynəlxalq hüquqa və beynəlxalq müqavilələrə hörmət beynəlxalq sülh və təhlükəsizliyin əsasıdır və onların seçmə tətbiqini nəzərdə tutmur", - Gerapetritis Lüksemburqda Aİ həmkarları ilə görüşdən əvvəl deyib.
Bundan əvvəl Şimali Makedoniyanın yeni prezidenti Qordana Silyanovska Davkova inauqurasiya zamanı Afina ilə Skopye arasında bağlanmış müqaviləni pozaraq Şimali Makedoniyanın keçmiş adından istifadə edərək qalmaqala düşüb.
Yunanıstan Xarici İşlər Nazirliyi Silyanovska Davkovanı pisləyib, ölkənin baş naziri Kiriakos Mitsotakis isə onun hərəkətini "təxribat xarakterli addım” adlandırıb.
Buna baxmayaraq, prezidentin ofisi bildirib ki, o, konstitusiya adından rəsmi istifadəyə riayət etsə də, onun ictimai çıxışlarında "Makedoniya” adından istifadə etmək hüququ var.
Xatırladaq ki, Prespa sazişi bağlandıqdan sonra Yunanıstan Şimali Makedoniyanın NATO-ya daxil olmasının qarşısını alıb. Bundan əvvəl Yunanıstan iddia edirdi ki, Skopye "Makedoniya” adından istifadə etməklə, guya Yunanıstanın eyni adlı əyalətinə ərazi iddialarının mövcudluğunu nümayiş etdirib.
Alpər
Şərhlər