Xəbər lenti

Yeni şirkət yaradıldı:
Ekonomiks 13:45 15.08.2024

Yeni şirkət yaradıldı: "Azərbaycanın yer aldığı dəhlizin aktuallığı yüksəlir"

"Belə bir birgə müəssisənin yaradılması həmin istiqamətdə daşınma qabiliyyətini artıracaq, bu istiqamətdə elastiklik yaradacaq". 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov Azərbaycan və Gürcüstan dəmir yolu təşkilatları arasında birgə müəssisə yaradılmasının əhəmiyyətini şərh edərkən deyib.

Ekspertin fikrincə, birgə müəssisələrin yaradılması dövrün tələbindən irəli gəlir. Bu addım labüd olmaqla yanaşı, çox vacibdir:

"Nəzərə almaq lazımdır ki, Şərqlə Qərb arasındakı tranzit dəhlizlərindən hazırda ən optimal və aktual olanı Azərbaycanın yerləşdiyi ərazidən keçir. Azərbaycan və Gürcüstanın dəmir yolları təşkilatları arasında birgə müəssisənin yaradılması həmin istiqamətdə daşınma qabiliyyətini artıracaq, bu istiqamətdə elastiklik yaradacaq".
 


Həmsöhbətimizə görə, bu addım həmçinin müvafiq bürokratik əngəllərin aradan qaldırılmasını da təmin edəcək:

"Təkcə 2023-cü ildə Çinlə Avropa arasında ticarət dövrriyyəsi 750 milyard avro olub. Bu da pandemiya dövründən əvvəlki ilə nisbətən təxminən 40 faiz artım deməkdir. Pandemiya öncəsi bu rəqəm təxminən 520 milyard avro idi. Daşınmanın birdən-birə bu qədər artmasına Suveyş kanalındakı problemlər, Şimal dəhlizlərinin bağlı olması da öz təsirini göstərib. Belə bir vəziyyətdə Azərbaycanın əsas yer aldığı dəhlizin aktuallığı daha da yüksəlir. Mövcud vəziyyətdə Gürcüstanla Azərbaycan dəmir yolları təşkilatları arasında birgə müəssisənin yaradılması sazişi yükdaşımanın elastikliyini təmin edəcək bir qüvvəyə çevriləcək".

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətilə Gürcüstanın dəmir yolu təşkilatı arasında "BTKI Railways" MMC adlı birgə müəssisə yaradıb. Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov "X" sosial şəbəkə hesabında paylaşım edib. 

Bildirilib ki, yeni müəssisə Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinin Marabda-Kartsaxi hissəsinin infrastrukturunun istismarı və idarə edilməsini təmin etməklə yanaşı, BTQ ilə yükdaşımaların səmərəli təşkili və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->