"2024-cü il mayın 13-dən regionumuzda baş verən hadisələr hər kəsə məlumdur Fransanın irqçi polisinin kanaklara şiddət və qısnama kimi addımlar atması qəbuledilməzdir".
APA-nın məlumatına görə, bunu Yeni Kaledoniya Parlamentinin üzvü İzabelli Kaoli Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə Bakıda birinci Qurultayında çıxışında söyləyib.
O, Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı yeni kanak gənclərinin mübarizəsindən danışıb.
"Bu addımların hədəfində əsasən gənc kanaklardır. Bu, son dövrlərin gərginliyindən yox, illərlə yığılıb qalan hadisələrin təsirindən irəli gəlir. Belə bir vəziyyət Fransanın bizim səsvermə hüququmuzun dondurmasını nəzərdə tutan konstitusiya dəyişikliyindən sonra yaşanmağa başlayıb. Biz buna qətiyyətlə etiraz etdik. Fransa dövləti bizim səsimizə səs vermək istəmədi. Nəticədə Parlamentin hər iki palatası layihəyə dəstək verdi. İnsanların seçiminə toxunmaq, onun hüquqlarını məhdudlaşdırmaq kanak xalqının mövcudluğu əleyhinə yönəlmiş bir addımdır. Yeni Xatırlatmaq istərdim ki, o zaman Fransa Parlamentinin 153 üzvü bu layihəyə qarşı çıxmışdı”, - o deyib.
Şərhlər