Xəbər lenti

Xorvatiya Ukrayna taxılının ixracı üçün öz limanlarını təklif etdi
Dünya 15:15 19.07.2023

Xorvatiya Ukrayna taxılının ixracı üçün öz limanlarını təklif etdi

Xorvatiya Rusiyanın "taxıl sazişi”ndən çıxması ilə Ukrayna kənd təsərrüfatı məhsullarının alternativ marşrutlarla daşınması üçün öz dəmir yolu şəbəkəsini və Adriatik dənizindəki limanlarını təklif edib.

Qaynarinfo "Ukrinform”a istinadən xəbər verir ki, bunu Xorvatiya Xarici İşlər Nazirliyinin dövlət katibi Frano Matuşiç BMT Baş Assambleyasının iclasında deyib.

"Xorvatiya Ukrayna taxılının ixracı üçün yeni marşrutların tapılmasında kömək etməyə hazırdır. Xorvatiyanın dəmir yolları və Adriatik dənizindəki limanları mümkün alternativ yollardan biridir", deyə Matuşiç bildirib.

O vurğulayıb ki, Rusiyanın müqaviləni ləğv etmək qərarı dünyanın bir çox yerlərində aclıq təhlükəsi yaradır.

Xorvatiya Xarici İşlər Nazirliyinin dövlət katibi onu da qeyd edib ki, ölkəsi müharibənin ilk günlərindən Ukraynanı dəstəkləyib və lazım olduğu müddət ərzində onu dəstəkləyəcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->