2025-ci il yanvarın 1-dən Xorvatiyada müddətli həqiqi hərbi xidmət bərpa ediləcək. Hərbi xidmətin müddəti iki ay təşkil edəcək.
Qaynarinfo N1-ə istinadən xəbər verir ki, bunu Xorvatiyanın müdafiə naziri İvan Anuşiç RTL telekanalının efirində
bildirib.
Müdafiə naziri ilk dəfə həqiqi hərbi xidmətin tətbiqinin rəsmi tarixini açıqlayıb və bəyan edib ki, o, maliyyə naziri ilə birgə "Silahlı Qüvvələrin təminatına qənaət etmək imkanın olmadığı” qənaətinə gəlib.
"Xidmət iki ay davam edəcək, 2025-ci il yanvarın 1-dən başlayacaq. Əsgərlərin, çavuşların və zabitlərin maaşlarını, maddi hüquqlarını təkcə şəxsi gəlirlər hesabına deyil, həm də gündəlik maaşları və haqqı olan hər şey hesabına artırdıq”, - Anuşiç bildirib.
"Biz Silahlı Qüvvələri təchiz edir və modernləşdiririk, onların bizdən gözlədiyi və NATO müttəfiqlərimiz və NATO rəhbərliyi ilə razılaşdığımız kimi təşkil edirik. Düşünürəm ki, bizim Silahlı Qüvvələr haqqında əvvəlkindən daha yaxşı, daha güclü və daha yaxşı imicimiz olacaq”, - deyə o əlavə edib.
Xorvatiya hərbi xidməti ləğv etməyib, ancaq 2008-ci ildə onu dondurub.
"Artıq icbari hərbi xidmətin ağrısız şəkildə tətbiqinə kömək edəcək qanunvericilik və təcrübə mövcuddur ki, bu da yalnız yeni tələblərə və şəraitə uyğunlaşmağı tələb edir", - Xorvatiya KİV-i qeyd edir. "İndex” portalı xatırladır ki, daha əvvəl açıqlanan məlumata görə, 18 yaşdan yuxarı kişiləri əhatə edən iki aylıq variant, əsas piyada hazırlığını əhatə edəcək.
"Biz maliyyə naziri Marko Primoraçla danışdıq və belə nəticəyə gəldik ki, Silahlı Qüvvələrin modernləşdirilməsi və təchiz edilməsində qənaətə yer yoxdur – bu, hökumətin və siyasətin mövqeyidir, çünki olduğumuz təhlükəsizlik şəraiti buna qənaət etməyə imkan vermir”, - deyə Xorvatiyanın müdafiə naziri bildirib.
Nizami Bağırov
Şərhlər