Xəbər lenti

WSJ Makronla Durovun 2018-ci ildə olmuş görüşündən yazdı: Prezident ona nə təklif edib?
Dünya 11:22 28.08.2024

WSJ Makronla Durovun 2018-ci ildə olmuş görüşündən yazdı: Prezident ona nə təklif edib?

Fransa prezidenti Emmanuel Makron 2018-ci ildə Telegram-ın yaradıcısı Pavel Durovu nahara dəvət edib və şirkətin baş ofisini Parisə köçürməyi təklif edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır

Mənblərin sözlərinə görə, Durov bundan imtina edib. İddialara görə, Fransa prezidenti ona Fransa vətəndaşlığını vermək fikrini də nəzərdən keçirib və iş adamı nəhayət 2021-ci ildə Fransa vətəndaşlığını alıb.

WSJ-nin məlumatına görə, 2017-ci ildə Fransa və Birləşmiş Ərəb Əmirliklərinin xüsusi xidmət orqanları birgə əməliyyat zamanı Pavel Durovun iPhone-unu sındırıblar. Casus əməliyyatının kod adının "Purple Music” olduğu iddia edilir. Qəzet iddia edir ki, Fransa təhlükəsizlik rəsmiləri İslam Dövlətinin yaraqlıları cəlb etmək və hücumlar planlaşdırmaq üçün Telegram-dan istifadə etməsindən narahat olublar. WSJ mənbələrindən biri Telegram-ın illərdir məhkəmə çağırışlarına və qərarlarına məhəl qoymadığını söyləyib. 

Xatırladaq ki, Pavel Durov avqustun 24-də Parisə gələrkən saxlanılıb. Onun işi 12 cinayətə, o cümlədən dələduzluqda iştirak və uşaq pornoqrafiyasının yayılmasına aiddir. Fransa prezidenti israr edir ki, "bu, heç bir halda siyasi qərar deyil”. Telegram-ın mətbuat xidmətindən bildirilib ki, messencer Avropa qanunlarına, məzmunun moderasiyası qaydaları isə sənaye standartlarına uyğundur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->