Bu gün "Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.
Qaynarinfo-nun quruma istinadən verdiyi məlumata görə, Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) Masallı rayonunda yerləşən inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb.
Həmçinin həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Hər iki rayonun müxtəlif kəndlərindən gələn sakinlər yerlərdə yenidənqurma və bərpa işlərinin uğurla aparıldığını deyiblər.
Şərhlər