Xəbər lenti

“Vaxtından əvvəl yetişdirilən qarpız zəhərlidir”- Ekspert
Ölkə 14:52 20.06.2024

“Vaxtından əvvəl yetişdirilən qarpız zəhərlidir”- Ekspert

Artıq paytaxt bazarları, iri marketlər şəbəkələrində qarpız və yemiş satışa çıxarılıb.
 
Qaynarinfo xəbər verir ki, örtük altında müəyyən yemləmə yolu ilə yetişdirilən bu məhsullar əhaliyə çox baha qiymətə təklif edilir. Bəzi alıcılar iyun ayında qarpız yeməyi insan səhhəti üçün təhlükəli hesab edir. Alıcılar bu mövsümdə qarpızın tərkibində nitratın miqdarının çox olduğunu vurğulayıb.

Professor Adil Qeybulla Qaynarinfo-ya bunu dünyada gedən qlobal iqlim dəyişikliyi ilə əlaqələndirib:

"Müxtəlif mövsümü meyvələrin vaxtından öncə satışa çıxarılması bir adət şəkilini alıb. İnsanlar da qida rasionunu bu şəkildə dəyişirlər. Təəssüflər  olsun ki, vaxtından öncə yetişdirilən müxtəlif məhsullar yalnız süni iqlim şəraitində yetişdirilə bilər. Çünki onlar mövsümü yetişən bitkilərdir”. 
 


Adil Qeybulla əlavə edib ki, bitkiləri süni iqlim şəraitində yetişdirmək üçün ilk növbədə onların vaxtında dərmanlanması tələb olunur:
 
"Zərərvericilərdən qorunması üçün müxtəlif gübrələrdən istifadə olunur. Bu səbəbdən də meyvə və tərəvəzlərdə zəhərlənmə hallarına rast gəlinir. Xüsusi ilə də sulu meyvələrin strukturuna diqqət etmək məsləhətdir. Məsələn, qarpızlarda ağ zolaqlar nə qədər çoxdursa bir o qədər təhülkəlidir. Pomidorda həmçinin, bəzi növləri var ki, kəsəndə ağ zolaqlar açıq görünür”. 

Professor tövsiyyə edib ki, əhali hər bir meyvə-tərəvəzi öz mövsümündə yesinlər:

"Nəfisini saxlaya bilməyənlər daha diqqətli olmalıdırlar. Çünki bu cür vaxtından əvvəl satışda olan meyvə-tərəvəzlərin hər biri süni iqlim şəraitində yetişir. Bu zaman müxtəlif vasitələrdən istifadə olunur ki, onlar orqanizmdə problem yarada bilər”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->