"Belə bir mənzərə heç ürəkaçan deyil. Valideyn boğazından kəsib, müəllimə diqqət göstərib gül buketi bağlatdırıb. Müəllimə isə onu zibil qabına atıb".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bilik günü valideynlərin müəllimlərə hədiyyə etdiyi gül buketlərinin zibil qutularına atılmasına ilə bağlı sosial şəbəkələrdə yayılan fotodan danışarkən deyib.
Ekspertin sözlərinə görə, bu mənzərənin yaranmasında valideynləri ittiham edib:
"Yaxşı olar ki, hər bir valideyn övladının əlindən tutsun və təhvil versin məktəbə. Onun təhsili, dərsə davamiyyəti ilə məşğul olsun. Bu cür təmtəraqlar, hədiyyələr əvvəl-axır yığışılacaq. Maşın karvanı ilə birinci sinifə uşaq gətirən kimi, məzun günlərində təmtəraqlar Azərbaycandan başqa heç bir ölkədə yoxur. Valideynlər bundan nəticə çıxardacaqlar ki, böyük məbləğdə xərclədiyimiz pullar zibil yeşiklərinə atılır. Mən buna təəssüf edirəm. Dəhşətlisi odur ki, valideyn uşağını məktəbdən götürməyə gələndə müəllimə aldığı gül buketini zibil qutusunda görəcək. Həmin vaxt valideynin əhvalını təsəvvür edin. Bu xoşagəlməyən mənzərəyə baxanda ancaq vaideynləri qınayıram".
Məzahir Məmmədli həmçinin müəllimlərə də haq qazandırıb:
"Müəllim neçə buketi özü ilə evinə apara bilər? Nəzərə alsaq ki, nəqliyyata minəcək, piyada müəyyən məsafə qət edəcək. Bu boyda buketi özü ilə apara bilməz. Onların arasından ən yaxşısını seçəcək və qalanlarını zibil qutularına atacaq".
Bahar Rüstəmli
Şərhlər