Xəbər lenti

USQ-nin əks-hücumunun nəticəsi: Rekord sayda rus təslim oldu
Dünya 16:36 11.07.2023

USQ-nin əks-hücumunun nəticəsi: Rekord sayda rus təslim oldu

Tavriya istiqamətində düşmənin öldürülən, yaralanan və əsir itkisi çox əhəmiyyətlidir, son sutka ərzində 19 nəfər əsir olaraq təslim olub.

Qaynarinfo xəbər verir ki, bunu Telemarafonun efirində Tavriya istiqaməti Müdafiə Qüvvələrinin Birgə Mətbuat Mərkəzinin spikeri, mayor Valeri Şerşen deyib

"Son 24 saat ərzində 19 nəfərin təslim olduğunu qeyd etdik. Əvvəlki gün 10 əsir var idi. İlk dəfədir ki, yay mövsümündə və dəqiq Tavriyanın hücum əməliyyatları zamanı belə çox sayda əsir qeydə alınır”, - o deyib.

Eyni zamanda, o, əlavə edib ki, bu, düşmənin şəxsi heyətinin mənəvi-psixoloji durumunun aşağı olmasından, ruhdan düşməsindən xəbər verir. "Və, əlbəttə ki, bu, bizim tərəfimizdən uğurdur", - Şerşen bildirib.

Tavriya istiqaməti Müdafiə Qüvvələrinin Birgə Mətbuat Mərkəzinin nümayəndəsi bildirib ki, Müdafiə Qüvvələri ötən gün ərzində həm hücum əməliyyatları həyata keçirib, həm də müdafiədə effektiv fəaliyyət göstərib.

"Düşmən Melitopol və Berdyansk istiqamətində bölmələrimizin irəliləməsinin qarşısını almağa çalışır. Düşmən ehtiyatı çıxarmağa məcburdur. Cəbhənin sektorlarından birində işğalçılar "Axmat-Vostok" batalyonunun dəstələrini cəlb ediblər", - Şerşen bildirib.

Onun sözlərinə görə, düşmənin hücumları Marinski və Avdeyevski istiqamətində davam edir. "Biz cavab veririk, mövqelərimizi itirmirik. Marinka və Avdeyevka bölgəsində fəal müdafiə edirik. Biz özümüzü müdafiə edirik. Sadəcə olaraq, vaxtaşırı mövqelərimizi ələ keçirmək üçün maksimum səy göstərən düşmənin irəliləməsinə imkan vermirik”, - Şerşen qeyd edib. 

Onun sözlərinə görə, işğalçılar Marinkanı tutmaq istəyirlər. "Ancaq biz hər şeyi edirik, müqavimət göstəririk və mövqeləri itirmirik", - o vurğulayıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->