Əvvəlcə qısamüddətli və dərinliyi olmayan hücum kimi görünən əməliyyat əslində Kursk vilayətində Rusiya üçün daha təhlükəli bir məsələyə çevrilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes” nəşri ötən həftə Ukrayna Silahlı Qüvvələrinin Rusiya-Ukrayna sərhədinin başqa hissəsində Rusiya Silahlı Qüvvələrinin müdafiəsini yararaq Kursk vilayətində yeni cəbhədə vəziyyəti təhlil edərək yazır.
Nəşrin müəllifinin qeyd etdiyi kimi, Ukrayna tankları Vesyoloye kəndinə daxil olub və Ukrayna Hərbi Hava Qüvvələrinin qırıcı-bombardmançı təyyarəsi, ehtimal ki, Rusiya hərbçilərinin yerləşdiyi binaya peyk vasitəsilə idarə olunan bomba atıb.
"Forbes” onu da vurğulayır ki, Vesyoloye kəndi ətrafındakı Rusiya qarnizonunda çox sayda zəif təlim keçmiş gənc çağırışçılar var, hansılar ki, Kremlin siyasətinə görə döyüşlərdə iştirak etməməlidirlər.
Qeyd olunur ki, Rusiya qoşunlarının şimal qruplaşmasının avqust ayında başlayan Kursk vilayətindəki əsas Ukrayna zərbəsinə qarşı ilkin müdafiə üçün çağırışçılardan güclü asılılığı ukraynalıların bu qədər sürətlə irəliləməsinin səbəblərindən biridir.
Forbes bildirir ki, "Ruslar üçün Vesyoloyenin müdafiə səylərinin də təlimsiz gənclərdən asılı olması çox pis əlamətdir”.
Eyni zamanda, məqalə müəllifi vurğulayır ki, döyüşlərdə iştirak edən ukraynalılar isə döyüşlərdə möhkəmlənmiş könüllülərdir, onlara tanklar, pilotsuz uçuş aparatları və hərbi təyyarələr dəstək verir.
Nizami Bağırov
Şərhlər