Xəbər lenti

Ukraynada Rusiyanın ilk hərbi cinayətləri: Haaqa bu qış hərəkətə başlayır
Dünya 14:54 21.07.2022

Ukraynada Rusiyanın ilk hərbi cinayətləri: Haaqa bu qış hərəkətə başlayır

Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi (BCM) bu qış Ukraynada Rusiyanın ilk hərbi cinayətləri ittihamını təqdim etməyi planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg yazır.

Nəşrin mənbələrinin məlumatına görə, məhkəmə iclasının tarixi hələ müəyyən edilməyib. Onlar da işin konkret təfərrüatlarını verməkdən imtina ediblər.

"Bloomberg”in məlumatına görə, məhkəmə prosesində ən azı bir rusiyalı hərbi əsir çıxış edəcək. Agentlik mənbələri onun komandanlığının əleyhinə ifadə verə biləcəyini bildiriblər.

Martın 3-də BCM-nin prokuroru Kərim Haan Rusiya ordusu tərəfindən Ukraynada törədilmiş hərbi və insanlığa qarşı cinayətlər barədə məlumatlarla bağlı araşdırmaya başlayıb. Bundan sonra o, Rusiyanın hərbi cinayətlərinə dair sübutlar toplamaq üçün Ukraynaya gəlib. May ayında 42 BCM eksperti də iddia edilən hərbi cinayətləri araşdırmaq üçün oraya göndərilib. Bu, məhkəmə prokurorluğunun indiyədək üzərinə götürdüyü ən böyük missiyadır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->