Xəbər lenti

Ukrayna Meksikadan Putinin həbs edilməsini xahiş etdi
Dünya 13:10 08.08.2024

Ukrayna Meksikadan Putinin həbs edilməsini xahiş etdi

Ukrayna Meksikadan Kremlin rəhbəri Vladimir Putinin prezident Klaudiya Şeynbaumun andiçmə mərasiminə gələcəyi təqdirdə onu həbs etməyi xahiş edib. Tədbirin oktyabrın 1-də keçirilməsi planlaşdırılır.

Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna” Ukraynanın Meksikadakı səfirliyinə istinadən məlumat yayıb.

Səfirlik ümid etdiyini bildirib ki, Meksika hökuməti, ukraynalı uşaqları qaçırmaq və zorla Rusiyaya köçürməkdə şübhəsi ilə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilən orderə əsasən "Vladimir Putinin müharibə cinayətkarı" olduğunu bilir. 

"Bu arada, biz inanırıq ki, Meksika hökuməti istənilən halda beynəlxalq həbs qərarına əməl edərək yuxarıda qeyd olunanı BMT-nin Haaqadakı məhkəmə orqanına təqdim edəcək”, – məktubda deyilir.

Xatırladaq ki, avqustun 7-də Meksika Kremlin rəhbəri Vladimir Putini yeni seçilmiş prezident Klaudiya Şeynbaumun andiçmə mərasiminə dəvət edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->