Xəbər lenti

Ukrayna itkilərin kompensasiyası kimi Rusiyadan 1 trilyon dollar almaq istəyir
Dünya 12:54 02.02.2024

Ukrayna itkilərin kompensasiyası kimi Rusiyadan 1 trilyon dollar almaq istəyir

Ukrayna hakimiyyəti Rusiya ilə hərbi münaqişədən itkilərini 1 trilyon dollar qiymətləndirib. 

Qaynarinfo xəbər verir ki, bu rəqəmi Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko açıqlayıb.

"Kiyevin hesablamalarına görə, söhbət 750 milyard dollar birbaşa itkidən gedir. Bu rəqəmi 1 trilyona çatdıra biləcək dolayı itkiləri də əlavə edin”, - deyə Ustenko telemarafonda bildirib. 

Xatırladaq ki, 2022-ci ilin iyulunda Ukraynanın Baş naziri Denis Şmıqal Ukraynanın bərpası üçün 750 milyard dollara ehtiyac olduğunu bildirərək, hökumətin ölkəyə dəymiş bütün zərərləri qeyd edən elektron xəritə hazırladığını bəyan edib. Onun fikrincə, əsas bərpa mənbəyi "Rusiya və rus oliqarxlarının müsadirə edilmiş hesabları olmalıdır”. 

Dünən, fevralın 1-də Avropa Şurası Avropa Komissiyasının Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya yardımın maliyyələşdirilməsi üçün istifadə edilməsi təklifini təsdiqləyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->