Xəbər lenti

Ukrayna Aİ-yə daxil olduqdan sonra 186 milyard avroya iddia edə bilər - FT
Dünya 17:39 04.10.2023

Ukrayna Aİ-yə daxil olduqdan sonra 186 milyard avroya iddia edə bilər - FT

Ukraynanın Avropa İittifaqına üzv olandan sonra ilk yeddi il ərzində o, Aİ büdcəsindən təxminən 186 milyard avro tələb edə biləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” Aİ-də daxili müzakirələrlə tanış olan həmsöhbətlərə istinadən yazıb

İddialara görə, bu rəqəmlər üzv ölkələr arasında daha doqquz ölkənin Aİ-yə mümkün qoşulması ilə bağlı danışıqlar zamanı açıqlanıb.

Aİ rəsmiləri 2021-2027-ci illər büdcəsinə tətbiq edilən mövcud qaydalara əsasən ümumi büdcənin bölüşdürülməsinin necə görünə biləcəyini hesablayıblar. Proqnozlaşdırılan genişlənməyə Ukrayna, Moldova, Gürcüstan və Qərbi Balkan ölkələri daxildir.

Hesablamalara görə, belə bir genişlənmə baş verəcəyi təqdirdə həmin ölkələr üçün 256,8 milyard avro vəsaitin ayrılması lazım gələcək.

Bu, artıq Avropa Birliyinə üzv olan ölkələrə xərclərin əhəmiyyətli dərəcədə azalması demək olacaq. Xüsusilə, kənd təsərrüfatına subsidiyalar təxminən 20% azaldılmalı olacaq.

Ekspertlər belə qənaətə gəliblər ki, növbəti genişlənməyə qədər mövcud büdcə mexanizmlərində ciddi dəyişiklik edildikdən sonra belə, daha doqquz ölkənin üzv olmasından sonra Avropa İttifaqında maliyyə balansı əhəmiyyətli dərəcədə dəyişəcək.

Doqquz yeni üzvlə hazırkı büdcə 21% artımla 1,47 trilyon tələb edəcək. Bu, 36 ölkənin ümumi milli gəlirinin təxminən 1,4%-nə bərabərdir. Yeni balans zəngin Qərbi Avropa ölkələrindən töhfələrin əhəmiyyətli dərəcədə artması demək olacaq.

Mövcud fiskal qaydalar Aİ-nin 36 ölkəsinə tətbiq edilsəydi, Ukrayna yeddi il ərzində kənd təsərrüfatı fondlarından təxminən 96,5 milyard avro tələb edə bilər ki, bu da digər ölkələr üçün subsidiyaların yuxarıda qeyd olunan miqdarda azalması deməkdir. Aİ-yə daxil olarsa, Ukrayna miqyasına görə Fransanı ötməklə Aİ-də kənd təsərrüfatı subsidiyalarının ən böyük alıcısına çevriləcək və onun qoşulmasının təsiri daha çox nəzərə çarpacaq.

Məqsədi az inkişaf etmiş üzv ölkələrin infrastrukturuna sərmayə qoymaq və onları qalan ölkələr səviyyəsinə çatdırmaq olan "birlik fondları” adlanan qurumdan Ukrayna həmçinin 61 milyard tələb edə bilər.

Mövcud qaydalara malik genişlənmiş Aİ-də Çexiya, Estoniya, Litva, Sloveniya, Malta və Kipr, yəqin ki, artıq bu fondlardan vəsait tələb edə bilməyəcək.

Aİ Şurasının mətbuat xidmətindən nəşrə bildiriblər ki, informasiya sızması ilə bağlı heç bir şərh verə bilməyəcəklər.

FT vurğulayır ki, bu, yalnız mövcud Aİ mexanizmlərinə əsaslanan bir modeldir, hansı ki böyük ehtimalla Aİ-nin genişlənməsindən əvvəl böyük dəyişikliklərə məruz qalacaq.

Eyni zamanda, analitik araşdırmada geosiyasi və iqtisadi ölçülərdə genişlənmənin Aİ üçün faydaları qeyd edilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->