Xəbər lenti

UEFA Merih Demiralın cəzasını açıqladı -
İdman 14:54 05.07.2024

UEFA Merih Demiralın cəzasını açıqladı - "Bozqurd" qalmaqalı

UEFA Türkiyə millisinin futbolçusu Merih Demiralı cəzalandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.

Qurum 26 yaşlı müdafiəçini 2 oyunluq diskvalifikasiya edib. Türkiyə Futbol Federasiyası (TFF) məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

Qeyd edək ki, Merih Demiral Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında "bozqurd” işarəsi göstərib. UEFA futbolçunun əl hərəkətinə görə araşdırmaya başlamışdı. "Ay-ulduzlular" iyulun 6-da, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->