UEFA İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqemi AVRO-2024-ün 1/8 finalında Slovakiyaya qol vurduqdan sonra etdiyi nalayiq hərəkətə görə cərimələyib.
Qaynarinfo xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Slovakların qapısına qol vurduqdan sonra Bellinqem tribunaya tərəf dönüb və cinsiyyət orqanına işarə edib.
UEFA bu davranışı ədəbsiz hesab edib və futbolçunun özü bunun dostları üçün "zarafat jesti” olduğunu bildirib.
Futbolçu İsveçrə ilə 1/4 final oyununda diskvalifikasiya ilə hədələnsə də, o, ağır cəzadan yayına bilib.
UEFA Bellinqemi 30 min avro cərimələyib və onu bir illik sınaq müddəti ilə bir oyunluq cəzalandırıb.
Xatırladaq ki, İngiltərə - İsveçrə oyunu iyulun 6-da saat 20:00-da baş tutacaq.
Nizami Bağırov
Şərhlər