Xəbər lenti

Tusk:
Dünya 16:47 13.03.2024

Tusk: "Spiker Conson minlərlə insanın həyatına şəxsən cavabdehdir"

Polşanın Baş naziri Donald Tusk hesab edir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Ukraynaya yardımın müddətinin uzadılması ilə bağlı razılığın əldə edilməməsinə görə şəxsən məsuliyyət daşıyır.

Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bu barədə o, Vaşinqtona səfəri zamanı bildirib

Tusk qeyd edib ki, "milyonlarla insanın taleyi” və "minlərlə həyat” Consondan asılıdır.

Onun sözlərinə görə, Ukraynaya yardım "yalnız Amerikanın siyasi səhnəsində əhəmiyyət kəsb edən bir növ siyasi mübarizə” deyil.

"Cənab Consonun müsbət qərar qəbul etməməsi minlərlə insanın həyatına başa gələcək. O, buna görə şəxsi məsuliyyət daşıyır”, - Polşanın Baş naziri bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Co Baydenlə görüşdə Tusk və Polşa prezidenti Anjey Duda Consonu Ukraynaya yardımın davam etdirilməsi ilə bağlı səsverməni sürətləndirməyə çağırıb.

Martın 12-də ABŞ Ukraynaya 300 milyon dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->