Türkiyə ordusu İraqın şimalında PKK-ya qarşı genişmiqyaslı quru hərbi əməliyyatı planlaşdırır.
Qaynarinfo
xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet” qəzeti yazır.
Hökumət dairələrinə yaxın qəzetin köşə yazarı Əbdülkadir Selvi "İlk növbədə, "Pençe Kilit" əməliyyatının həyata keçirildiyi bölgədə genişmiqyaslı quru əməliyyatı həyata keçiriləcək” deyib.
Onun sözlərinə görə, Ankara əməliyyatdan əvvəl İraqın mərkəzi administrasiyası və Ərbil (İraq Kürdüstanının paytaxtı) administrasiyası ilə razılığa gəlib.
Türkiyə, "Hürriyet”in məlumatına görə, İraqla sərhədin bütün 378 km-ni hərbiləşdirilmiş təşkilatdan "xilas” etmək niyyətindədir.
Alpər
Şərhlər