Türkiyə əks-kəşfiyyatının əməliyyatı nəticəsində respublikada İsrail kəşfiyyat xidməti MOSSAD-a işləmək şübhəsi ilə 34 nəfər saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə hökumətyönlü "Hürriyet” qəzeti
yazır.
Qeyd olunur ki, casusluq işi ilə bağlı aparılan araşdırmalardan sonra İstanbul prokurorluğu müvafiq göstərişlər verib, yeni həbslər mümkündür.
"Hürriyet” xəbər verir ki, Türkiyədə İsrail kəşfiyyatına qarşı əməliyyat aylardır hazırlanıb və başqa ölkələrdə də daxil olmaqla, bu işdə iştirak edənlərin izlənilməsi həyata keçirilib.
Yanvarın 2-də Türkiyə mediası və daha sonra rəsmilər Türkiyənin səkkiz vilayətində, əsasən İstanbulda İsrailin xeyrinə casusluq etməkdə şübhəli bilinən 34 nəfərin saxlanıldığını bildiriblər. 12 nəfər axtarışa verilib.
Dekabrın əvvəlində İsrailin Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Şin Bet Ronen Bar bildirib ki, İsrail Qətər və Türkiyədə HƏMAS liderlərini məhv etməyə hazırdır.
O, HƏMAS liderlərinin məhv edilməsi məqsədini 1972-ci ildə Münhendə İsrailin Olimpiya komandasına qarşı törədilmiş terror aktının təşkilatçılarının aradan qaldırılması ilə müqayisə edib. Bu əməliyyat təxminən 20 il davam edib. Terror aktını törədənlər bütün dünyada təqiblərə məruz qalıblar.
Öz növbəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS hərəkatını heç vaxt terror qruplaşması kimi tanımayacağını bəyan edib.
Alpər
Şərhlər