Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında Niderland yığması yarımfinala vəsiqə qazanıb.
Qaynarinfo xəbər verir ki, oyunda hesabı 35-ci dəqiqədə Samet Akaydının qolu ilə Türkiyə millisi açıb.
Lakin qardaş ölkənin komandası bu hesabı sonadək qoruyub saxlaya bilməyib. Niderland millisinin üzvü Stefan De Vray 70-ci dəqiqədə bərabərlik qolunu vurub. 76-cı dəqiqədə isə Türkiyə yığmasının müdafiəçisi Mərt Müldür avtoqola imza atmaqla Niderlandın yarımfinala yüksəlməsində pay sahibi olub.
Türkiyə millisinin ehtiyat oyunçular skamyasında olan hücumçusu Bertuğ Yıldırım isə 90+6-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.
Şərhlər