Xəbər lenti

Texnologiya 17:40 25.04.2024

"Tik-Tok" bağlana bilərmi? - "O zaman Çinlə bütün münasibətlər korlana bilər"

"Tik-Tok" Çinlə bağlı platformadır. Ona qadağa qoyulsa, bizim Çinlə bağlı bütün siyasi-iqtisadi və digər münasibətləri korlana bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında kulturoloq Aydın Xan Əbilov Azərbaycanda keçirilən sorğuda iştirak edənlərin 74,9%-nin "TikTok" media platformasına məhdudiyyətin qoyulması ilə bağlı sorğuya münasibət bildirərkən deyib. 

Kulturoloq hesab edir ki, bu kimi sorğular Çin kimi bir ölkəni Azərbaycanla düşmən edə bilər:

"Tok-Tok"da oturan, mənasız şərhlər yazan şəxslərin özləri onun bağlanmasını tələb edirlər. Çox təəssüflər olsun ki, yeni texnologiyaların Azərbaycana gəlişi ilə əlaqədar müxtəlif insanların bu yeniliklərə qarşı həm də qəzəbli etirazları və müqavimətləri ilə qarşılaşırıq. Sosial şəbəkələr, internet saytları, virtual aləm, internet resursları bəşəriyyətin yaratdıqları ən unikal düşüncə və informasiya mənbələridir. Ona qarşı çıxış bizim gələcəyimizə qarşıdır. Bir çox sosial şəbəkələr, internet resurslarının kontinenti Azərbaycana, yaxud da bizim yeni nəsilə nə qədər uyğundur? Azərbaycanın internetdən başı çıxanı, mobil telefondan istifadə edən əhalisinin 90%-i artıq "Tik-Tok"dır".
 


Kurturoloq vurğulayıb ki, əgər dünya üzrə Azərbaycan dilli "Tik-Tok" resurslarının, kontinentinin səviyyəsi ilə bağlı sorğu keçirsək, Afrika ölkələrindən də bəlkə də aşağı səviyyədə olduğumuzun şahidi olacağıq:

"Söyüşlər, bədən satılmaları, transların insan alveri ilə məşğul olması, yerliçilik, lotular, nəşənin satılması, insan ölümü, qətlərlə bağlı çoxlu sayda məlumat var, amma intelektual, estetik bilgilənmə kontinenti demək olar ki, yoxdur. Bəlkə hörmətli deputatın rəhbərlik etdiyi mərkəz məhz bu işlərlə məşğul olsun. İnternet, sosial şəbələr, "Tik-Tok"un intelektuallaşması Azərbaycan dilli resursların səviyyəsinin qaldırılması ilə bağlı həm dövlət qurumlarının, həm əlaqədar nazirliyin, həm nazirliyin nəzdində internet fondunun və eləcə də hökumətin qarşısında ciddi məsələ qoyulsun ki, qadağa etmək, bağlamaq yox, məhz bu resursların səviyyəsini, ondan istifadə etmək etkasını qaldırmaq yerinə düşər".

Aydın Xan Əbilov qeyd edib ki, bu gün Pərviz Bülbülə və Balaəlinin söyüşlə dolu, nəşəni təbliğ edən meyxana deyişmələrinə 120 min baxış olur:

"Buna nə rus, nə fars, nə ingilis baxmır, azərbaycan dilli kontinent baxır. Biz nə edək ki, internetin səviyyəsini qaldıraq? "Tik-Tok"u bağlayaq, bununla hər şey düzələcək? İnsanlar yenə VPN-lə ora daxil olacaqlar, VPN-lər də ermənilərin əlindədir. İnsanların fərdi məlumatları bunun vasitəsi ilə oğurlanır. Biz yeni resurslar yaratmalıyıq, layihələr işlənilməlidir. Əgər bu layihələr işlənilməsə, yenə də uşaqlar zorakılığa, meyxana və lotuların səhifələrinə baxacaqlar".

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi sorğu keçirib. Sorğu iştirakçılarının 74,9%-i "Tik-Tok" media platformasına məhdudiyyət tətbiqini istəyib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->