Xəbər lenti

Tibbi sığorta sistemindəki problemlər... - Professor təkliflərini açıqladı
Sağlamlıq 19:00 05.10.2024

Tibbi sığorta sistemindəki problemlər... - Professor təkliflərini açıqladı

"İcbari tibbi sığorta sistemində ən ciddi məsələlərdən biri randevu sisteminin düzgün qurulmasıdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla oktyabrın 8-də Milli Məclisdə "Tibbi sığorta haqqında” qanununa ediləcək dəyişikliklər zamanı təkliflərin nəzərə alınmasından danışarkən deyib. 

Professor hesab edir ki, əgər bu sistem düzgün qurulmasa icbari tibbi paketi effektiv fəaliyyət göstərə bilməyəcək. 
 
Adil Qeybulla hesab edir ki, qanuna dəyişikliklər zamanı ilk növbədə icbari tibbi sığorta çərçivəsində stasionar müalicə olunan xəstələrin sonrakı dövrdə ambulator müalicəsi də icbari tibbi sığorta paketinə daxil edilməlidir:



"Dərman preparatları ilə bağlı konkret olaraq bir siyahı olmalıdır ki, bunlar da icbari tibbi sığorta paketinə daxil olsun və vətəndaşlar da bundan xəbərdar olsun".

Professor təklif edib ki, müzakirə zamanı həkimlərin maaşları da nəzərə alınmalıdır: 

"Həkimlərə ayrılan vəsaitin miqdarı da ciddi önəm daşıyır. Ya fiksə olunmuş maaş sisteminə keçirilməlidir, ya da həkimlər üçün nəzərdə tutulan maaşlar iqtisadi tələblərə uyğun olmalıdır". 

Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyasının 2024-cü il 8 oktyabt tarixli iclasının gündəliyində "Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üzakirə olunacaq. 

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->