Avstriyanın paytaxtı Vyanada amerikalı müğənni Teylor Sviftin birincisi avqustun 8-i cümə axşamı günü baş tutmalı olan konsertləri terror təhlükəsi səbəbindən ləğv edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə təşkilatçı "Barracuda Music” şirkəti bildirib.
"Hökumət rəsmiləri tərəfindən Ernst Qappel stadionunda planlaşdırılan terror aktının təsdiqlənməsindən sonra hər kəsin təhlükəsizliyi naminə planlaşdırılan üç konserti ləğv etməkdən başqa çarəmiz yoxdur”, - bəyanatda deyilir.
Avqustun 7-də Avstriya polisi Vyana və Ternits şəhərində kütləvi tədbirlər zamanı terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfərin saxlanıldığını elan edib. Saxlanılanlardan biri, 19 yaşlı Avstriya vətəndaşı, hüquq-mühafizə orqanlarının məlumatına görə, "İslam Dövləti” terror təşkilatının hazırkı liderinə beyət edib. Polis ikinci saxlanılan şəxsin yaşını dəqiqləşdirməsə də, media onun cəmi 17 yaşında olduğunu yazıb.
Axtarışlar zamanı onların mənzillərindən birində kimyəvi maddələr aşkar edilib, tərkibi öyrənilir. Medianın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları daha üç şübhəlini axtarır.
Avstriya kansleri Karl Nehammer X hesabında Vyanada "açıqca planlaşdırılan terror hücumu” ilə bağlı vəziyyətin çox ciddi olduğunu bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təhlükəni ilkin mərhələdə dərk müəyyən edib və beləliklə, faciənin qarşısı alınıb.
Vyanada Taylor Svift üç konsert keçirilməli idi. Hər konsert üçün 60 minə yaxın bilet satılıb. Təşkilatçı biletlərin on iş günü ərzində geri qaytarılacağını bildirib.
Nizami Bağırov
Şərhlər