Xəbər lenti

Təhlükə mənbəyi olan binalar: Məsuliyyəti kim daşıyır? (AÇIQLAMA)
Ölkə 12:26 08.01.2024

Təhlükə mənbəyi olan binalar: Məsuliyyəti kim daşıyır? (AÇIQLAMA)

"Davamlı olaraq binaların fasadlarının yoxlanılması prosesi həyata keçirilməlidir. Yəqin ki, bu binanı tikən şirkət nəzarəti həyata keçirməyib. Qabarma baş verən zaman onu müşahidə edən olmayıb". 

Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Qasımzadə Yeni Yasamalda təzə tikilən binanın fasadlarının uçması ilə bağlı baş verən hadisəyə münasibət bildirərkən deyib. 

Ekspert bildirib ki, külək həmin qabarmaların arxasına dolur və asanlıqla fasadları qoparır:



"Belə hallar köhnə binalarda da mövcuddur. Hətta eyvanlanrın altından da qırıntılar vətəndaşların üstünə tökülür. Bu prosesə həmçinin Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata  keçirilir. Görünür, nazarətsizlik səbəbindən bu hal baş verib". 

Ekspert belə halların baş verməsi səbəblərindən birinin də fasadların naşı ustalar tərəfindən vurulmasını qeyd edib:

"Həm köhnə, həm də yeni tikililərin üzlükləri, xüsusi ilə də daş materiallardan üzlənən hissələr bəzi halarda naşı ustalar tərəfindən vurulur. Onların bərkidilməsi üçün xüsusi materiallar var. Belə halların baş verməsi yapışqanlığı zəif olan materiallardan istifadə edilməsi ilə əlaqədardır".

Ramil Qasımzadə bildirib ki, baş verən qəzanın məsuliyyətini həmin binaının fasadını tikən şirkət daşıyır. 

"Bakıda belə binalar çoxdur. Yeni tikililərdə qabarma olan zaman artıq binanın tikintisini həyata keçirən şirkət onun qarşısını alır. Binanın qarşısı hasarlanır, oradan insan gediş-gəlişi dayandırılır və yaxınlıqda avtomobillərin saxlanılmasına icazə verilmir", deyə ekspert bildirib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->