Xəbər lenti

Taxıl sazişini bərpa etmək şansı yoxdur - Borrel
Dünya 11:12 19.09.2023

Taxıl sazişini bərpa etmək şansı yoxdur - Borrel

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrel bildirib ki, hazırda taxıl sazişinə qayıtmaq mümkün deyil.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Görünür, razılığa gəlmək imkanı yoxdur”, - Avropa diplomatiyasının rəhbəri BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün gəldiyi Nyu Yorkda mətbuat konfransı zamanı deyib. 

Qeyd edək ki, iyulun 18-də Rusiya Qərbin təqdim olunan şərtlərə əməl etmədiyini əsas gətirərək taxıl sazişindən çıxıb. Ukrayna taxıl daşıyan ticarət gəmiləri üçün müvəqqəti dəhlizlər açıb. Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra taxıl sazişinin bərpası üçün Rusiyanın şərtlərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. 

Sazişini yeniləmək üçün baş katib Antonio Quterreş Rosselxozbank-ın törəmə qurumunu SWIFT-ə birləşdirməyi, sığorta platforması yaratmağı, Rusiya Federasiyasından gübrə istehsalçılarının xarici aktivlərini blokdan çıxarmağı və Rusiya gəmiləri üçün Avropa limanlarına çıxışın yaradılmasını təklif edib. Rusiya Xarici İşlər Nazirliyi iddia edir ki, Quterreşin təşəbbüsləri yeni elementləri ehtiva etmir və sazişin yenilənməsi istiqamətində irəliləyiş üçün əsas ola bilməz.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->