Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısına birinci müavin təyin edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, icra başçısı Taleh Qaraşovun müaviq əmri ilə Başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mikayıl Babək oğlu Cəfərzadə vəzifəsindən azad edilib.
Digər əmrlə Mikayıl Cəfərzadə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub.
İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdrılması şöbəsinin müdir müavini Aqil İlqar oğlu Dadaşov isə vəzifəsindən azad olunaraq, Başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun birinci müavini Möhübbət Babayev bu ilin fevral ayında vəzifəsindən azad olunub.
Amid
Şərhlər