Xəbər lenti

Taksilər qiymətləri qaldırdı: Bundan sonra nə olacaq?
Ekonomiks 14:19 24.07.2023

Taksilər qiymətləri qaldırdı: Bundan sonra nə olacaq?

"Taksi xidmətindən istifadə edənlərin sayı azala bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov Azərbaycanda bəzi taksi şirkətləri - "Uber", "Bolt" və "Yango"nun yaxın məsafələrə gediş haqqının artırılması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. 

Onun sözlərinə görə, bu rəsmi deyil, taksi şirkətlərinin özünün verdiyi qərardır: 



"Dövlətin müəyyən etdiyi qərar deyil. Bu qiymətləri şirkətlər qaldırıb, amma nəyə əsaslandırıb qaldırıblar? Səbəb nədir? Hər halda mühitə təsiri böyük olacaq, bəzi insanlar əvvəlki kimi taksi xidmətindən istifadə edə bilməyəcəklər. İnsanlar alternativ taksi xidmətləri axtaracaqlar. Alternativlər də 3 şirkətdən kənar fəaliyyət göstərənlər şirkətlər olacaq. Qiymətlərin bazara təsiri olacaq”. 

Ərşad Hüseynov hesab edir ki, bu bahalaşma geriyə dönüş yaratmayacaq:
 
"Geriyə dönüş o vaxt ola bilər ki, ictimai nəqliyyatda xidmət mükəmməl olsun. Xidmət mükəmməl olmayana qədər çətin ki, ondan istifadəyə  üstünlük versinlər. Avtobuslarda xidmət bərbad vəziyyətdədir. Qiymət artımına görə bəzi adamlar daha diqqətli olacaq. İndiyənə qədər adamlar hər yerə taksi ilə gedirdisə, indi qənaət edəcək. Bir neçə səfərini təxirə salacaq”. 

Qeyd edək ki, bu gündən Azərbaycanda bəzi taksi şirkətləri yaxın məsafələrə gediş haqqını artırıb. "Uber", "Bolt" və "Yango" şirkətlərində qısa məsafələrə səfərlər üçün minimum məbləğ 2,50 manatdan başlayır. Əvvəllər bu məbləğ 1-1,60 manat təşkil edirdi. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->